HADİSƏ

Bakıda yaşayış binasında partlayış: Yaralı var - HADİSƏ YERİNDƏN VİDEO

Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.

Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər APA-ya bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.

Oxşar Xəbərlər