HADİSƏ
Azərbaycanda ŞOK OLAY! Qazi Polkovnikin məhkəmədə ürəyi partlayıb öldü
Sumqayıtda qazi dünyasını dəyişib. Bu barədə jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.
O şəxsi facebook hesabından bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:
"Qazi, polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov təqaüd kartında olan 100 manat pulunu bankomatdan çıxarmağa gedib. Lakin kartının bloklandığını görüb. Həmçinin onun bütün təqaüd pulunun məhkəmə tərəfindən borclarına yönəldiyi bildirilir. Bu səbəblərdən Ş. Məmmədov Sumqayıt şəhər Məhkəməsinə gedərək öz etirazını bildirib. Lakin bu zaman qəflətən ürəyi partlayaraq ölüb".
