HADİSƏ

Özünü Kür çayına atan qadın görün kimdir

Neftçalada intihara cəhd olub. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

Həsənabad qəsəbə sakini 34 yaşlı Fəxriyyə Ağayeva körpüdən özünü Kür çayına atıb.

Ərazidə olan insanlar tərəfindən dərhal sudan çıxarılan F. Ağayeva xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Oxşar Xəbərlər