HADİSƏ

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutuldu - Görün kimdir

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Bizim.Media xəbər verir ki, hadisəni törədən şəxsin Samux rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılov olduğu məlum olub. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

Hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

1990-cı ildə anadan olmuş İsmayılova Gültəkin kürək nahiyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadının əri tərəfindən bıçaqlandığı bildirilir.

Məlumata görə cütlük boşanmaq üçün məhkəməyə müraicət edib.

Apa.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər