Azərbaycanda bu şəxslərin ölkədən çıxışına qadağa qoyuldu - QƏRAR
Azərbaycanda daha bir neçə nəfərin ölkədən çıxışına qadağa qoyulub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Kənan Cavanşir Oğlu Mustafazadənin ölkədən çıxışına qadağa qoyulması barədə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.
Hakim Ülkər Həsənovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Kənan Mustafazadənin ölkədən çıxışına məhdidiyyət qoyulması təmin olunub.
Bundan başqa, hakim Ülkər Həsənovanın icraatında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xdiməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən də ərizələrə baxılıb.
Ölkədən çıxışına qadağa qoyulan bu şəxslər isə Kərim Məmməd oğlu Məmmədov, Nofəl Şeydabəy oğlu Kəlbəliyev, Həsən Qadir oğlu Həsənov və Rafiq Məmməd oğlu Yusubovdur. Məhkəmə onların da ölkədən çıxmalarına müvəqqəti qadağa qoyulması barədə ərizəni təmin edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı ərazi Vergilər Baş İdarəsi tərəfindən isə Yafəs Xanbaba oğlu Səmədovun ölkədən çıxışına qadağa qoyulması barədə iddia ərizəsinə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılıb.
Hakim ərizəni təmin edib.