HADİSƏ

Azərbaycanda yaşayış evi yandı: xəsarət alanlar var

Lənkəranda yaşayış evi yanıb.

''Report''un Cənub Mərkəzinin xəbərinə görə, hadisə şəhərin ''Qalayçılar'' məhəlləsində - B.Mirsalayev küçəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rsyon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Oxşar Xəbərlər