HADİSƏ

SON QƏDİQƏ: Azərbaycanda Turist avtobusu qəza törətdi - ölən və yaralananlar var (YENİLƏNİB/VİDEO)

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

16:24

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Oxşar Xəbərlər