HADİSƏ

SON DƏQİQƏ: özünü yandıran II qrup əlil öldü

Ucarda dünən özünü yandıran kişi ölüb.

Bu barədə 32gun.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər