KRİMİNAL
Kriminal avtoritetin Türkiyədə qətlə yetirilməsinin TƏFƏRRÜATLARI (FOTOLAR)
Türkiyənin İstanbul şəhərində azərbaycanlı kriminal avtoritet Ceyhun Beyləqanski qətlə yetirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, onun qətlində şübhəli bilinən Yadigar Masallınski saxlanılıb.
Belə ki, onlar arasında iş adamlarından birinin pul məsələsi ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı Ceyhun Beyləqanski Yadigar Masallınskini söyüb. Yadigar isə onu güllələyərək qətlə yetirib.
Qeyd edək ki, qətli törədən şəxs qanuni oğru Rafət Əli-Bayramlinskinin yaxın adamıdır.