Professor şikayət etdi, Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak saxlanıldı
Bakıda tələbə qızlara qarşı əxlaqsız hərəkətlərə yol verən manyak saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən C.D. ad-soyadlı şəxs mütəmadi olaraq Nizami rayonu, H.Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Yolkalıq” adlanan ərazidən keçən tələbə qızlara qarşı nalayiq hərəkətlərə yol verərək, cinsi orqanını nümayiş etdirib.
26 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində onun eyni yerdə həmin əməli etməsi barədə daxil olmuş şikayət əsasında Nizami Rayon Polis İdarəsinin postpatrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs məhkəmə izahatında bildirib ki, boş vaxtlarında “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Yolkalıq” adlanan ərazidə dayanır, oradan keçən tələbə qızlara cinsi orqanını nümayiş etdirir, amma əxlaqsız təkliflər etmirmiş. Əməlindən peşman olan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edib.
Məhkəmədə o da məlum olub ki, manyak Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovun şikayəti əsasında saxlanılıb.