Həyat yoldaşını altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi keçirildi
Gəncədə bu iyul ayının 8-də həyat yoldaşı Gülzar Həsənovanı altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilib.
Məhkəmə prossesində hər iki tərəfin vəkilləri söz alıb. Prosesdə söz alan Roman Ələkbərli bildirib ki, hadisədən beş ay bundan qabaq boşanmaq üçün müraciət etdiyini, qadının artıq normal həyat sürmədiyini iddia edib. Qarşı tərəf isə R. Ələkbərlinin iddiaları ilə razılaşmayıb və onun ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş ediblər.
Məlumat üçün bildirək ki, R.Əlıkbərli və G.Həsənova çütlüyünün bir azylı övladları var. Növbəti məhkəmə prosesi sabah keçiriləcək.