DÜNYA ÖZ XƏBƏR

Aktrisanın vəkil atası məhkəməyə müraciət etdi - Seriala verilən cəzaya görə

Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) “Kızılcık Şerbeti” serialına verdiyi 5 dəfə yayımı dayandırması və pul cəriməsinə reaksiyalar daha da artır.

Məşhur aktrisa və ssenarist Gupse Özayın atası vəkil Senih Özay, həmkarları Murat Fatih Ülkü və Hilal Elbüke ilə birlikdə seriala verilən cəza ilə bağlı Ankara İnzibati Məhkəməsinə müraciət ünvanlayıb.

İzmirdən olan üç hüquqşünasın verdiyi yazılı açıqlamada "“Kızılcık Şərbəti" serialının qadına şiddət kimi süni səbəblə cəzalandırılması bütün vətəndaşların əsas hüquq və azadlıqlarına ağır zərbə deməkdir. 

Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq demokratik və dünyəvi hüquqi dövlətdə yaşamaq istəyən hər bir vətəndaşın haqqı və borcu olduğu üçün bu hökmə qarşı Ankara İnzibati Məhkəməsində iddia qaldırırıq” deyə bildirilib.

Ayxan

Oxşar Xəbərlər