1975-ci ildə Kanadanın Kvebek əyalətində törədilən qətlin sirri DNT texnologiyası sayəsində müəyyən edilib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, səlahiyyətli şəxslər qatilin DNT nümunəsini əldə etmək üçün 1982-ci ildə mərhumun məzarını açıblar.
Kvebek polisi rəsmiləri xatırladıblar ki, 29 mart 1975-ci ildə dostları ilə yeməyə getmək üçün evindən çıxan 16 yaşlı Şarron Priordan bir müddət sonra yaxınları xəbər ala bilməyib.
Şarron Priorun cəsədi itkin düşdüyü vaxtdan 3 gün sonra meşədə tapılıb.
Polis təcavüzə məruz qaldıqdan sonra öldürülən Priorun üstü açılmamış qətli ilə bağlı ən azı 100 nəfər barəsində araşdırma aparıldığını, lakin həbs olunmadığını bildirib.
Səlahiyyətlilər, ABŞ-ın Qərbi Virciniya əyalət polisinin 2022-ci ildə retrospektiv olaraq cinayət qeydlərini araşdırarkən çox yüksək cinayət keçmişi olan Franklin Maywood Romine adına rast gəldiyini qeyd edib.
Bildirilib ki, Rominin bu əyalətlə Kanada arasında tez-tez məkan dəyişdirərəl polsidən qaçmağa nail olub.
Səlahiyyətlilər Rominin məzarının ayın əvvəlində açıldığını və DNT nümunəsinin götürüldüyünü açıqlayıb.
Araşdırma aparan səlahiyyətlilər Rominin DNT-sinin hadisə yerindən götürülmüş nümunələrlə uyğunlaşdığını qeyd edib. Həmçinin Rominin hadisə şahidlərinin o dpvrdə verdiyi açıqlamaya uyğun gəldiyini açıqlanıb.
1946-cı ildə Qərbi Virciniyada doğulan Rominenin 1974-cü ildə Qərbi Virciniya ştatında bir evdə qadına təcavüz etdiyi üçün həbs olunsa da, daha sonra zaminə buraxıldığı vurğulanıb.
Açıalamada bildirilir ki, elə bu zaman Romini sərbəst buraxıldıqdan sonra Kvebekə gedib və Priora təcavüz edib.
Kanada sərhəd orqanları tərəfindən deportasiya edilən Rominin 1974-cü ildə Qərbi Virciniyada törətdiyi təcavüzə görə 5 ildən 10 ilə qədər həbsdə yatdığı qeyd edilib. Səlahiyyətlilər, Mayvud Romininin 1982-ci ildə, 36 yaşında, naməlum səbəbdən Kanadada vəfat etdiyini və doğulduğu Qərbi Virciniyada dəfn edildiyini bildirib.
Şarron Priorun Kanadada yaşayan 80 yaşlı anası Yvonne Prior da həyatını qızının qatili tapmağa həsr edib.
Ayxan