SOSIAL
Özünü FHN-in polkovniki kimi təqdim edib, Türkiyədə mükafat aldı (FOTO)
Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən yanğınların söndürülməsində aktiv iştirak edən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədə fəxri fərman verilib.
"Unikal" xəbər verir ki, tədbirdən dərhal sonra həmin şəxsin FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmadığı üzə çıxıb.
Belə ki, məsələ ilə bağlı FHN-in Mətbuat Xidmətindən bu şəxsin nazirliyin əməkdaşı olmadığı bildirilib.
Onun əynində xüsusi təyinatlı qüvvələrin səhra geyimi var. Qoluna isə hərbi nizamnamədə nəzərdə tutulmayan qaydada şevronlar taxılıb.
Çiynindəki paqon isə səhra geyim formasına uyğun deyil.