MƏDƏNİYYƏT - ŞOU
Ramiz Məlikin dəfn yeri məlum oldu (YENİLƏNİB)
Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.
"32gun.az" xəbər verir ki, Xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.
***
08:49
Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Ramiz Məlik dünyasını dəyişib.
"32gun.az" xəbər verir ki, o bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.