MƏDƏNİYYƏT - ŞOU

Sənət yoldaşları Aygündən danışdılar... - FOTOLAR

Əfsuslar olsun ki, biz onu tez itirdik”.

"32gun.az"ın məlumatına görə, bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində müğənni Samirə Yusifqızı deyib.

"Biz uşaqlıqdan birlikdə olmuşuq və mənə çox dəstək olub, əlimdən tutub. Birlikdə bir çox toy məclislərində, tədbirlərdə iştirak etmişik. Eyni səhnəni bölüşmüşük.  Əfsuslar olsun ki, Azərbaycanımızın şadraq səsli bülbülü artıq xatirələrə daldı. Xalqımızın yaddaşına həkk olundu. Musiqi sənətimizdə silinməz iz buraxdı. Sağlığında qiimət verin insanlara”.

Sənət yoldaşları Aygündən danışdılar... - FOTO

Müğənni Elnarə Xəlilova: "Nə yazıq ki, hamımız bu gün Aygün Bəyləri son mənzilinə yola salmağa toplaşmışıq. Azərbaycan Mədəniyyətinin başı sağ olsun. Mədəniyyətimizə çox ağır, dərin itki üz verib. Azərbaycan mədəniyyəti Aygün Bəylərsiz qaldı. Amma o, ölməyib, daim yaşayacaq. Çünki Aygün bu xalqın artistidir. Daim bizim qəlblərimizdə öz mahnıları ilə öz sənəti ilə yaşayacaqdır. 

Xalq artisti Brilliant Dadaşova: "Aygün Bəylərin ruhu şad olsun. İstedadlı insan həyatını itirdi. Allah rəhmət eləsin. Mən onunla danışmamışdım, amma proqramıma dəvət etmişdim. Aygün Bəylərin itkisi hər birimizin kədəridir".

Sənət yoldaşları Aygündən danışdılar... - FOTOLAR

Əməkdar artist Lalə Məmmədova: "Çox çətindir. Aygün həmişə bizim qəlbimizdədir. Aygün həmişə burada yaşayacaq. İlk dəfədir ki, bilmirəm nə danışım. Əslində gedən cism üçün yox, susan səs üçün pis oluruq. Aygün hər zaman qəlbimizdə yaşayacaq. Bizi bu dünyada xatırlayan ən son insan bu dünyadan köçəndə biz də unudulacağıq".

Oxşar Xəbərlər