HADİSƏ
23 yaşlı üç uşaq anası intihar etdi
Ağdamda intihar hadisəsi olub.
"32gun.az" xəbər verir ki, hadisə rayonun Ballar kəndində qeydə alınıb. Kənd sakini olan 2001-ci il təvəllüdlü Əliyeva İradə Siyavuş qızı özünü asaraq intihar edib. İ.Əlyeva ailəli olub 3 övladı var. İntiharın onun atası evində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.