HADİSƏ
Elvin Basqallı qəzaya düşdü-YENİLƏNİB
Tanınmış aparıcı Elvin Basqallı və ailə üzvlərinin düşdüyü qəzanın bəzi təfərrüatları məlum olub.
Elvin Basqallıya məxsus “Hyundai” markalı minik avtomobili 3 dəfə aşıb.
Qəza nəticəsində aparıcının anası yüngül xəsarət alıb. Elvin Basqallı və digər ailə üzvlərinin durumu isə yaxşıdır.
***
saat 15.41
Tanınmış aparıcı Elvin Basqallı və ailə üzvləri ağır qəzaya düşüb.
Bu barədə sosial şəbəkədə yaxınları paylaşım edib.
Elvin Basqallı və ailə üzvlərinin olduğu avtomobilin Kürdəmir rayonu ərazisində bir neçə dəfə aşdığı, Elvin Basqallının durumunun ağır olduğu bildirilir.
Qeyd edək ki, Elvin Basqallı hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.