KRİMİNAL

AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ: 9-cu sinifdə oxuyan qızı digər şagirdlər təhqir edib saçını kəsdilər - Polis TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ

"IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb".

"32gun.az" xəbər verir ki, bu barədə 156 nömrəli tam orta məktəbdən bildirilib.

"Məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir", - deyə məktəbin məlumatında qeyd olunur.

*** 23:10

Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsi 156 saylı məktəbin şagirdləri tərəfindən digər məktəbliyə qarşı zorakılığa yol verilən görüntülər yayılıb. 

"32gun.az" xəbər verir ki, görüntülərdə məktəblini təhqir edən qızlar onun saçını kəsiblər. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib və həmin məktəbin şagirdlərinin olması hələlik məlum deyil.

"Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə DİN-in açıqlamasında deyilir. 
 

Oxşar Xəbərlər