HADİSƏ
"The Mood" restoranı yanır
Bakıda kafedə yanğın başlayıb.
FHN-dən "32gun.az-a verilən məlumata görə, nazirliyin 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in DYNX qüvvələri əraziyə cəlb olunub.
***14:47
Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb.
“32gun.az” xəbər verir ki, obyektdəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.