HADİSƏ

Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" (FOTO+VİDEO)

Həkimlər tərəfindən əkiz uşağa hamiə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.

 32gun.az Citypost.az-a  istinadən xəbər verir  ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.

“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz  Mehdiyeva əməliyyata  gəlmədiyi üçün  doğuşu həmin günü  növbədə  olan Minurə Kazımova etdi. Əkiz uşağa  hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi  bildirdilər”,- deyə  Mədinə  Hacıyeva  bildirib.

Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan  əvvəlki vaxtlarda  da bir neçə  yerdə  edilən dopler müayinələri  zamanı  əkiz  uşağa hamilə olduğu  bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.

Sayt məsələdə adı hallanan  Kliniki  Tibbi  Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib. 

“Məsələ 6 ay öncə baş verib.Vətəndaş da müraciət edib,izah olunub.Əlavə mövqeyimiz yoxdur”,- deyə  mətbuat  katibi bildirib.

Oxşar Xəbərlər