KRİMİNAL

Goranboyda dostlar arasında insident: Maşınını vurub, üstündən keçdi

Goranboyda piyadanın vurulub öldürülməsinin bəzi təfərruatları məlum olub.

"32gun.az"ın məlumatına görə, rayonun Veyisli kənd sakini olan Kürd Tarzan Şamil oğlunun idarə etdiyi "Ford Fusion" markalı minik maşını ilə həmkəndlisi Əhməd Ərəbovun idarə etdiyi "Kia" markalı minik maşınını arxadan vurub. Bundan sonra "Kia"nın sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Bu zaman Tarzan Şamilov Əhməd Ərəbovun üstündən keçib. Ağır xəsarət alan sonuncu xəstəxanaya yerləşdirilsə də, tibb ocağında ölüb.

Qeyd edək ki, hər iki şəxs dost olub. Onlar arasında mübahisə torpaq üstündə baş verib. Hadisədən bir neçə saat əvvəl onlar dalaşıblar. Dünyasını dəyişən Əhməd Ərəbov "Kürd Abo" kimi tanıb.

Hadisəni törədən Tarzan Şamilov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Unikal

Oxşar Xəbərlər