HADİSƏ
Ödənişli yolda 3 maşın qəzaya düşdü - 8 nəfər yaralandı (FOTOLAR)
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü km-də, Xaçmazın Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən üç nəqliyyat vastəsi qəzaya uğrayıb.
"32gun.az"ın Şimal bürosunun məlumatına görə, "CHERY" markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Ardınca eyni ərazidə yolun kənarında dayanmaq istəyən "KİA" markalı minik avtomobilinə arxadan gələn " Chevralet" markalı minik avtomobili çırpılıb.
Belə ki, qəza nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.