HADİSƏ

Sumqayıtda qumbara partladı - Ölən var (YENİLƏNİB)

Sumqayıtda şəxsin partlayış nəticəsində ölməsi ilə bağlı araşdımaya başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "32gun.az"ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

11:16

Sumqayıt şəhərində mənzildə partlayış olub.

"32gun.az" xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər