HADİSƏ
Culfada maşın yoldan çıxaraq dərəyə aşdı
Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.
"32gun.az" xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. 72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanın baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.