Bakıdakı yanğın baş verən əraziyə helikopter cəlb olundu - FOTOLAR+VİDEO (YENİLƏNİB)
Bakıdakı yanğın baş verən əraziyə helikopter cəlb olunub.
"32gun.az" həmin görüntüləri təqdim edir.
***
16:06
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
TƏBİB-dən "32gun.az""a bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.
***
15:14
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.
"32gun.az" xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Əlavə məlumat veriləcək.