HADİSƏ
Azərbaycanda qazi vəfat etdi - FOTO (VİDEO)
44 günlük Vətən müharibəsində yaralanan qazi Həsənov Zaur Hacıbala oğlu vəfat edib.
Bu barədə "Unikal"a onun yaxınları məlumat verib.
1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.