HADİSƏ

Kürdəmirdə "Mercedes" TIR-a çırpıldı - Ölən var

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 1 radələrində Bakı-Qazax yolunun 157-ci kilometrliyində qeydə alınıb. Belə ki, Türkiyə Respublikasına məxsus yük avtomobili (TIR) yolun hərəkət hissəsindən kənarda nəqliyyat vasitəsini saxlayaraq dincəlirmiş.

Həmin istiqamətdə hərəkətdə olan "Mercedes C-class" markalı, 09-BV-620 dövlət qeydiyyat nişanlı avtomobil TIR-a arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü həyatını itirib. Avtomobil isə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, qəzanın baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün yuxulaması olub.

Oxşar Xəbərlər