HADİSƏ

Sumqayıtda yataqxanada partlayış oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. 

"32gun.az" xəbər verir ki, məlumatla əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal  hadisə yerinə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə södürülüb. 

Yanğın nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.

Oxşar Xəbərlər