HADİSƏ
Tovuzda qəza - 4 nəfər yaralandı
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki, hərəkətədə olan iki "VAZ” markalı minik maşınları toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.