HADİSƏ

Cəbrayıldakı qəzada ölən yeznə-qayının FOTOSU

Xəbər verdiyimiz kimi, Cəbrayıldakı yol qəzasında İsmayıllı rayon sakinləri, minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.

"Unikal"ın məlumatına görə, ölən şəxslər yeznə-qayındır.

***15.11.2024 . 19:20

Bu gün səhər saatlarında Cəbrayılda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Hyundai" markalı maşın yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Hyundai"da olan iki nəfər ölüb.

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar Xəbərlər