HADİSƏ

Qazi oğlunun qəfil ölümünə dözməyən ana vəfat etdi

Qazi oğlunun qəfil ölümündən sarsılan ana oğlunun 40-dan 10 gün sonra dünyasını dəyişib.

"32gun.az"ın Unikal-a istinadən məlumatına görə, 44 günlük Zəfər yürüşündə  Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak etmiş mərhum qazi Namaz Qaryağdı oğlu Şirinovun 1967-ci il təvəllüdlü anası Gülüstan Şirinova vəfat edib.

Qeyd edək ki, qazi Namaz Şirinov ötən ay qəfil ürək tutmasından dünyasını dəyişib.

Oxşar Xəbərlər