HADİSƏ

Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)

Bu gün saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olub. 

"32gun.az" xəbər verir ki, Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Həmçinin Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Ayxan 

Oxşar Xəbərlər