HADİSƏ
BDU-nun professoru vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.
"32gun.az" xəbər verir ki, H.Hüseynov 74 yaşında dünyasını dəyişib.
Mərhum 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib.