HADİSƏ
Bakıda güclü yanğın başlayıb - FOTOLAR (VİDEO)
Paytaxtın Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində güclü yanğın başlayıb.
""Tayqa" market anbarı ilə birlikdə yanır.
Əraziyə FHN qüvvələri cəlb olunub. Unikal
*** 14:50
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən "32gun.az"a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.