2 yaşlı uşaq xəstəxanada öldü - YENİLƏNİB
05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.
***
Gəncədə azyaşlı xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi yardımlarına baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
İlkin məlumata görə, uşağın pnevmoniya və ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.