HADİSƏ
Zaqatalada motosiklet aşıb, ölən var
Zaqatalada motosiklet aşıb, ölən var
"32gun.az" xəbər verir ki, ötən gün axşam saatlarında Zaqatala rayonunun Mosul kəndi ərazisində motosiklet idarəetmədən cıxaraq aşıb. Nəticədə sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov agır bədən xəsarətləri ilə Zaqtala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq gecə saatlarında dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.