KRİMİNAL
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanıldı - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "32gun.az"a verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.