Bakıda oğurluq hadisəsi mağazanın müşahidə kamerasına düşüb.
"32gun.az" xəbər verir ki, hadisə paytaxtdakı kosmetika mağazalarından birində baş verib. Kişi müştəri kimi daxil olduğu mağazada xanım satıcının fikrini yayındıraraq bahalı ətiri oğurlayıb. O, mağaza sahibinin bildirdiyinə görə, satıcını “kartdadır, pulu çəkim gəlirəm” sözləri ilə aldatdıqdan sonra ətiri əlindəki paketə ataraq aradan çıxıb.
Oğurluq anı anbaan müşahidə kamerasına düşüb və görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Şərh yazan istifadəçilər bildiriblər ki, həmin şəxsin bu ilk hadisəsi deyil. Onun daha əvvəl də iPhone telefonları satılan mağazalardan birindən şarj cihazı oğurladığı iddia olunur.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Ayaz