SOSIAL

Qaxın icra başçısı və müavinləri saxlanıldı / FOTO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

"32gun.az"  Unikal-a istinadən xəbər verir ki, icra başçısı Musa Şəkiliyevlə birlikdə müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova da saxlanılıb.

Hazırda saxlanılan şəxslər Bakıya gətirilir.

***

14:33

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

"32gun.az" News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

Oxşar Xəbərlər