HADİSƏ

Göygöldə qəza - Xəsarət alanlar var

Göygöldə minik maşını qəza törədib.

"32gun.az" Unikal-a istinadə məlumat verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər