DÜNYA

DƏHŞƏTLİ PROQONOZ- Bu ölkə NATO-ya üzv olarsa 3-cü dünya müharibəsi başlayacaq

Ukraynanın NATO-ya üzvlüyü barıt çəlləyini yandırmağa bənzəyir".

Ajans.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində paylaşdığı yazıda qeyd edib. Ukraynanın NATO- ya qəbulu barut çəlləyini yandırmağa bənzəyir deyə baş nazir bildirib.

Siyasətçinin fikrincə, Kiyevi NATO-ya qəbul etmək elə ertəsi gün Rusiya ilə müharibə və III Dünya müharibəsi demək olardı. Bundan əlavə, cəbhə xətti Avropanın tam mərkəzinə doğru hərəkət edəcəkdi. "Bu diplomatiya deyil, bu dəlilikdir - kibritləri toz çəlləyinə atmırsınız" deyə Orban yekunlaşdırıb.

Bundan əvvəl Macarıstan Avropa İttifaqı sammitinin Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına mane olub . Qeyd olunur ki, Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamaq layihəsini assosiasiyanın 27 üzvündən 26-sı dəstəkləyib. Avropa Şurası 2025-ci ilin oktyabrında keçiriləcək növbəti iclasda bu məsələnin müzakirəsinə qayıtmağı planlaşdırır.

Oxşar Xəbərlər