Yekaterinburq məhkəməsi daha bir həmyerlimiz barəsində həbs qərarı verdi FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir.
"32gun.az" xəbər verir ki, A. Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.
XXX
11:34
Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.
"32gun.az" xəbər verir ki, həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.
Məhkəmə M. Səfərovu iyulun 19-na kimi həbsdə saxlayıb.
XXX
09:50
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
"32gun.az" apa-ya istinadən xəbər verir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilij iyunun 27-də zor tətbiq edilərək sazlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə azərbaycanlılar barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə baxır.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib