SOSIAL
Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - YENİLƏNİB
Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
"32gun.az" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib.
"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub.
***12:44
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
"32gun.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.