Şıxlinski məhkəməyə gətirildi - VİDEO (YENİLƏNİB)
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya emdiası məlumat yayıb.
*** 12:08
Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvala Şıxlinski saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayətinin Vəkillər Kollegiyasının prezidenti İqor Putintsev açıqlayıb.
Məlumata görə, vəkil Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hökumət nümayəndəsinə qarşı zorakılıq) ittihamı ilə saxlanılıb.
Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti bildirib ki, bu gün Leninski məhkəməsi Şıxlinskinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacaq.