ÖZ XƏBƏR
Ağcabədidəki 100 min manatlıq "alış-veriş" dayandırıldı - Görün səbəbi nədir
Ağcabədi Suvarma Sistemləri İdarəsi kanallar, qurğular, bina və nasos stansiyaları üçün mal-materialların satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
32un.az xəbər verir ki, ehtimal olunan dəyəri 100.649,74 AZN olan satınalma müsabiqəsinin ləğv edilməsinə səbəb kimi təchizatçıların sayının üçdən az olması göstərilib.
Qanunun 36.1.1-ci maddəsinə əsasən, tələb olunan minimum iddiaçı sayı təmin olunmadığından tender keçirilməyib.
Ayaz