SOSIAL

Məktəbdə şagirdi və xadiməni döyən şəxs işdən çıxarıldı + VİDEO

Xəbər verdiyimiz kimi, Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində şagird və xadimə döyülüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:

"Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə açıqlamada qeyd olunub.

19:55 23-09-2025

Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor şagirdi və xadiməni döyüb.

"32gun.az" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Qurban adlı tərbiyə işləri üzrə direktor müavini məktəbin şagirdini döyərkən məktəbin xadiməsi və qadın tədris işləri üzrə direktor müavini uşağı onun əlindən almaq istəyib. Lakin Qurban bu dəfə xadiməyə əl qaldırıb.

İddialara görə, məsələ araşdırılsa da, məhkəmə yenidən Qurbanı işinə bərpa edib. Məsələ məktəbin həmkarlar təşkilatında müzakirə edilib və həmkarlar təşkilatının sədri Qurbanın qardaşı olduğu üçün ona töhmət verilməsi ilə kifayətlənib. 

 

Oxşar Xəbərlər