Sədərəkdə yarımmilyonluq abadlıq - Görün hansı şirkətlə müqavilə bağlanıb
Sədərək Rayon İcra Hakimiyyəti ilə "Marka İnşaat" MMC arasında təmir-bərpa və abadlıq işlərinin satın alınması üzrə müqavilə imzalanıb.
32gun.az xəbər verir ki, dövlət satınalmasının qalibi olan şirkətə işlərin icrası üçün 471 min 759,71 manat ayrılıb.
Müqaviləyə əsasən, işlər Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Dəmirçi kəndlərini əhatə edəcək. Layihə çərçivəsində bir sıra təmir və bərpa işləri həyata keçiriləcək.
İşlərin siyahısına şüşələrin çıxarılması və yenidən şüşələnməsi, döşəmə örtüklərinin sökülməsi və plitələrin yenilənməsi, mərmər tavalardan örtüklərin düzəldilməsi daxildir. Həmçinin divar və tavanların suvaqlanması, astar və üzlük gips işləri, rəngləmə işləri də nəzərdə tutulur.
Abadlıq işlərinin görülməsi üçün minlərlə kvadratmetr sahə əhatə olunacaq, yüzlərlə kiloqram gips materialından istifadə ediləcək.
Nilay