Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tender müsabiqəsinin nəticələrini açıqlayıb.
“32gun.az” xəbər verir ki, Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün laboratoriya avadanlıqlarının təmir xidmətlərinin satın alınması üzrə qalib “BAYRAMLI GROUP” MMC olub.
Müqavilənin məbləği 193 min 621,26 manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Sevda Süleymanova Kazım qızıdır. “BAYRAMLI GROUP” MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat göstərilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.
Ayaz