SOSIAL ÖZ XƏBƏR

Qazaxda məcburi köçkün fəryadı- “Məmurlar villada, mən uçuq evdə yağış altında qalıram”/ VİDEO

Qazax rayonunda məcburi köçkün Vəli Nizami Şəmilovun fəryadı sosial şəbəkələrdə geniş rezonans doğurub. 
32gun.az xəbər verir ki, O, öz “Facebook” hesabında paylaşdığı videoda 2023-cü ildən bəri yaşadığı evin acınacaqlı vəziyyətdə olduğunu bildirib.

Şəmilovun sözlərinə görə, evin dam örtüyü tamamilə sıradan çıxıb, hər yağışda su evin içinə dolur. Dəfələrlə müraciət etməsinə baxmayaraq, yerli icra qurumları illərdir bu problemi həll etmək üçün heç bir addım atmır.

 “Qazax rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyev villada yaşayır, mən isə uçuq evdə. Cənab Prezident hər çıxışında deyir ki, məmur xalqın xidmətçisidir. Amma Qazaxda sanki xalq məmurun xidmətçisinə çevrilib”, – deyə Vəli Şəmilov acı-ironiya ilə bildirir.

Məcburi köçkün həmçinin haqlı sual ünvanlayır:

“Qazaxda parklar, obyektlər, binalar satılır, pullar havada uçur, amma mənim evimin damını təmir etməyə gələndə hamı ‘vəsait yoxdur’ deyir. Niyə?”


Məmurlar dəbdəbə içində, köçkünlər dağılmış evlərdə

Xatırladaq ki, Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Vəliyev Sozalı oğludur. O, dəfələrlə müxtəlif tenderlərin qalibi olub və rayon icra başçısından “fəxri fərman”la təltif edilib.

Lakin sual açıq qalır:
Fəxri fərman alan bu məmur niyə öz ərazisində uçuq evdə yaşayan məcburi köçkünü görmür?
Yoxsa görür, amma görməməzlikdən gəlir?

Qazaxda məmur villada, köçkün isə yağış sularının içində yaşayırsa, burada təkcə biganəlik deyil, həm də vicdan problemi görünür.

Rəsmi diqqət varmı, yoxsa yalnız kağız üzərindəmi?

Qazax rayon İcra Hakimiyyətinə rəhbərlik edən Rəcəb Babaşov rəsmi çıxışlarında daim şəhid ailələrinə, qazilərə və məcburi köçkünlərə göstərilən qayğıdan danışır.
Lakin məcburi köçkünün yağış altında qaldığı bir rayonda bu “diqqətin” nəticəsi sadəcə sözlərdə qalıb.

Vəli Nizami Şəmilov ümid edir ki, bu dəfə onun səsi eşidiləcək və məsul şəxslər susqunluqla deyil, əməli addımla cavab verəcəklər.

Ayaz Musaköylü 

@32gun.az

Qazaxda məcburi köçkün fəryadı: “Məmurlar villada, mən uçuq evdə yağış altında qalıram” Qazax rayonunda məcburi köçkün Vəli Nizami Şəmilovun fəryadı sosial şəbəkələrdə geniş rezonans doğurub. 32gun.az xəbər verir ki, O, öz “Facebook” hesabında paylaşdığı videoda 2023-cü ildən bəri yaşadığı evin acınacaqlı vəziyyətdə olduğunu bildirib. Şəmilovun sözlərinə görə, evin dam örtüyü tamamilə sıradan çıxıb, hər yağışda su evin içinə dolur. Dəfələrlə müraciət etməsinə baxmayaraq, yerli icra qurumları illərdir bu problemi həll etmək üçün heç bir addım atmır. “Qazax rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyev villada yaşayır, mən isə uçuq evdə. Cənab Prezident hər çıxışında deyir ki, məmur xalqın xidmətçisidir. Amma Qazaxda sanki xalq məmurun xidmətçisinə çevrilib”, – deyə Vəli Şəmilov acı-ironiya ilə bildirir. Məcburi köçkün həmçinin haqlı sual ünvanlayır: “Qazaxda parklar, obyektlər, binalar satılır, pullar havada uçur, amma mənim evimin damını təmir etməyə gələndə hamı ‘vəsait yoxdur’ deyir. Niyə?” Məmurlar dəbdəbə içində, köçkünlər dağılmış evlərdə Xatırladaq ki, Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Vəliyev Sozalı oğludur. O, dəfələrlə müxtəlif tenderlərin qalibi olub və rayon icra başçısından “fəxri fərman”la təltif edilib. Lakin sual açıq qalır: Fəxri fərman alan bu məmur niyə öz ərazisində uçuq evdə yaşayan məcburi köçkünü görmür? Yoxsa görür, amma görməməzlikdən gəlir? Qazaxda məmur villada, köçkün isə yağış sularının içində yaşayırsa, burada təkcə biganəlik deyil, həm də vicdan problemi görünür. Rəsmi diqqət varmı, yoxsa yalnız kağız üzərindəmi? Qazax rayon İcra Hakimiyyətinə rəhbərlik edən Rəcəb Babaşov rəsmi çıxışlarında daim şəhid ailələrinə, qazilərə və məcburi köçkünlərə göstərilən qayğıdan danışır. Lakin məcburi köçkünün yağış altında qaldığı bir rayonda bu “diqqətin” nəticəsi sadəcə sözlərdə qalıb. Vəli Nizami Şəmilov ümid edir ki, bu dəfə onun səsi eşidiləcək və məsul şəxslər susqunluqla deyil, əməli addımla cavab verəcəklər. Ayaz Musaköylü

♬ orijinal ses - 32gun.az
-->

Oxşar Xəbərlər